Aparıcı Könül Muxtarova həmkarlarına söz atıb.
OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib.
Muxtarova bir çox aparıcıların məclislərdə düzgün cümlə qura bilmədiyini qeyd edib:
“Hörmətli “həmkarlar”, tədbir, toy və.s aparırsız, lap yaxşı edirsiz. Allah hər birinizin ruzisini daha da bol etsin. İmkan olanda 1-2 kitab oxuyun, vallah bu özünüzə xeyirdir. İnsanları şəkillərlə aldatmayın. Səhnəyə çıxanda cümlə qurmağı öyrənin. “Sizlər” əvəzinə siz, “İlk öncə” yerinə ilk və ya öncə sözlərini istifadə edin. Ara-sıra səhnələrimizdən digər halları deyil, çıxışımızı sizin üçün paylaşırıq. Rəqabətə söz bazasından başlayın ki, bizə də maraqlı olsun…”.