İranda molla rejimi azərbaycanlı rəssam Şaqaiq Əlizadəni həbs edib.
OLAY yazır ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat paylaşıb.
Təbriz İncəsənət Universitetinin heykəltəraşlıq fakültəsinin tələbəsi olan Şaqaiqin ötən gün İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı qeyd edilib.
Ona qarşı hansı ittihamın irəli sürüldüyü və harada saxlanıldığı barədə hələlik məlumat yoxdur.
Xatırladaq ki, 21 yaşlı Ş. Əlizadə əslən urmiyalıdır.