Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın səhhəti pisləşib.
Bu barədə OLAY-a aktrisa özü məlumat verib. O bildirib ki, ayaqları tutulub, buna görə də xəstəxanaya gedə bilmir:
“Çox pisəm. Ayaqlarım demək olar, tamamilə tutulub. Klinikaya gedə bilmirəm. Yataq xəstəsiyəm. Ağciyərimə, ayaqlarıma su yığılmışdı. Xəstəxanaya gedə bilmirəm ki, yenidən yoxlanış olsun. Şüa müalicəsi çoxdan dayanıb. MRT (Maqnit Rezonans Tomoqrafiyası) olmalıyam. Amma gecikirəm, artıq getməyə gücüm də yoxdur”.
Qeyd edək ki, bir neçə ay əvvəl sənətçinin başında da şiş aşkarlanıb. Hətta onun səsi də tutulub, buna görə aktrisalıq fəaliyyətini dayandırıb.