2023-cü ili Kiprdə qarşılayan Tarkan Yeni ilə 15 dəqiqə qalmış səhnədən enərək izləyiciləri təəccübləndirib.
OLAY yazır ki, sözügedən konsertdən 9 milyon lirə (təxmini 815 min manat) qazanan ifaçının “Yeni ilə ailəmlə birlikdə girəcəm” dediyi iddia edilib.
Minlərlə lirə ödəniş edərək sənətçini dinləməyə gələn tamaşaçılar isə məyus olub.
Tarkanın səhnəni tez tərk etməsinin səbəbi məlum olub.
Türk mediasında yer alan iddiaya görə, meqastar 22:15-23:45 saat aralığı üçün hotel rəhbərliyi ilə razılaşıb.
Müğənninin 15 dəqiqə və 2023-cü ilə geri sayım üçün məkandan 3 milyon lirə (271 min manat) əlavə ödəniş istədiyi deyilir.