Yeni il ərəfəsi yaxınlaşdıqca türk müğənnilərin çıxış edəcəyi proqramlar və qazanacaqları gəlir məlum olmağa başlayıb.
OLAY yazır ki, bu sənətçilər arasında ən çox maraq doğuran isə Tarkan olub.
Meqastar yeni 2023-cü ili Kiprdə lüks oteldə keçirəcək. Konsert proqramı ilə çıxış edəcək pop ifaçısı 5 milyon lirə (təxmini 458 min manat) gəlir əldə edəcək.
Tarkan bu qiymətlə Yeni ildə ən çox pul qazanan müğənni olacaq.