“Kapitalizmmi, marketinqmi ? Hər nədirsə, elə gücə malikdir ki, müasir azərbaycanlı qadınlar “gözəllik iynəsi” olmadan artıq yaşaya bilmirlər”.
OLAY yazır ki, bu sözləri sosial şəbəkə hesabında aparıcı İlahə Şıxlinskaya paylaşıb. O, günümüzdə həddindən artıq estetik prosedurlara üz tutan xanımlardan yazıb:
“Kosmetoloq və plastik cərrahlarları anlamaq olar. O mənada ki, pul qazanırlar. Qadınlar isə artıq belə bir düşüncəyə malikdir ki, xarici gözəllik olmasa, kişilərin onlara marağı itəcək. Yəni qadın müasir gözəllik kanonlarına görə mükəmməl deyilsə, kişi ona diqqət yetirməz. Bu bilirsiniz nə deməkdir? Qadının bir şəxsiyyət kimi məhv edilməsi deməkdir. Və mən bu baş verənlərə çox məyus oluram. Yeni ilin başlanğıcında hoteldə gördüklərim və eşitdiklərimin müşahidəsidir”.