Fotosessiya
Fotosessiya

Məsciddəki fotosuna görə haqqında istintaq başladıldı

Məsciddəki fotosuna görə haqqında istintaq başladıldı

Modelyer Eda Taşpınarın haqqında istintaqa cəlb olunub.

OLAY yazır ki, buna səbəb bir hotelin tərkibində olan “Sultanahmet Cezaevi” (Hayyatin-i Hassa) məscidində verdiyi poza olub. 

Onun iddialı paltarı ilə stulda əyləşib şəkil çəkdirməyi, həmçinin, fotodakı duruşu müzakirə yaradıb. Sosial şəbəkə istifadəçiləri bunun məscidə hörmətsizlik olduğunu yazıb. Eda daha sonra paylaşımını silib. Lakin sosial şəbəkələrdə qəzəblə qarşılanan bu görüntüyə görə Baş Prokurorluqda istintaq işləri başladılıb.