Fotosessiya
Fotosessiya

Məşhur aktyor ağır qəza keçirdi

Məşhur aktyor ağır qəza keçirdi

Məşhur amerikalı aktyor Ceremi Renner bədbəxt hadisə ilə üzləşib.

OLAY yazır ki, sənətçi qar təmizləyərkən yıxılaraq ağır yaralanıb.

Vəziyyəti kritik olaraq qiymətləndirilən 51 yaşlı Ceremi helikopterlə Nevada ştatındakı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Yeni il ərəfəsində bölgədə güclü tufan başlayıb. Nəticədə xeyli miqdarda qar yağıb və 35 min evdə elektrik enerjisi kəsilib.