Özünəxas dizaynları ilə tanınan ingilis modelyer Vivienne Vestvud 81 yaşında dünyasını dəyişib.
OLAY yazır ki, sənətçinin sahibi olduğu dəb evi bu barədə məlumat yayıb. Bildirilib ki, Vestvud Londonda hüzur içində həyatla vidalaşıb.
Özü kimi modelyer olan həyat yoldaşı Andres Kronthaler “Qəlbimdəki Vivienne ilə davam edəcəyəm. Sonuna qədər çalışacağam”, - deyə, bildirib.