“Yalı çapkını” serialının ulduzu Afra Saraçoğlunun sevgilisi Mert Yazıcıoğludan ayrılma səbəbi bəlli olub.
OLAY yazır ki, bu barədə “Gazete magazin” məlumat yayıb.
Bildirilir ki, Mert “Darmaduman” serialında birgə rol aldığı Hafsanur Sancaktutan eşq yaşayır. Bu səbəbdən də cütlük 4 illik münasibətini bitirib.
Qeyd edək ki, son günlər Afra və Mert arasında gərginlik olduğu bildirilirdi. Buna səbəb kimi isə Saraçoğlunun “Yalı çapkını”ndakı partnyoru Mert Ramazan Demirlə səmimi münasibəti göstərilirdi.
Onu da bildirək ki, Hafsanur Sancaktutan bir neçə gün öncə sevgilisi, aktyor Deniz Can Aktaşdan ayrılıb.