Olay
Olay

“Yalı çapkını”yla Kubilay Afraya görə dalaşdı

“Yalı çapkını”yla Kubilay Afraya görə dalaşdı

Kubilay Aka “Yalı çapkını” serialının Feriti Mert Ramazan Demirlə dava edib.

OLAY yazır ki, ötən günlərdə “OGM Pictures” şirkətinin Yeni il partisindən sonra bir neçə aktyor əylənmək üçün başqa bir məkana keçib.

Restoranda Mertin partnyoru Afra Saraçoğluyla səmimiyyəti Kubilayı narahat edib. Afranın sevgilisi Mert Yazıcıoğlu ilə çox yaxın dost olan Aka Ramazanın üstünə qışqırıb və “Hər kəs hərəkətlərinə diqqət eləməlidir”, - deyə, bildirib.

Bir anda gərginləşən aktyorların davasına Ersin Arıcı da qatılıb. O, Akaya sərt reaksiya verib. Digər sənət yoldaşları isə gənc ulduzları sakitləşdirib. Kubilayı avtomobilə mindirərək oradan uzaqlaşdırıblar.