Fotosessiya
Fotosessiya

“Bəxt üzüyü”nün ulduzu xanımı ilə

“Bəxt üzüyü”nün ulduzu xanımı ilə

Əməkdar artist, “Bəxt üzüyü” filmində Hüseyn obrazı ilə ulduzu parıldayan Ayşad Məmmədov uzun müddət sonra xanımı, Gənc Tamaşaçılar Teatrının aktrisası İlqarə Tosova ilə görüntülənib.

İki məşhur sima “Geri dönənlər” filminin ötən gün baş tutan qala gecəsində OLAY-ın kameralarına tuş gəlib. Aktyor və həyat yoldaşı qırmızı xalıda jurnalistlərə pozalar verib.

Qeyd edək ki, sənətçilərin bu evlilikdən iki qız övladı var. 

Fotolar: Hüseyn Həsənov