Votsap messenceri 2022-ci il dekabrın 31-dən sonra “Apple”, “Samsung” və “Huawei”dən minlərlə smartfonda işləməyi dayandıracaq.
OLAY yazır ki, bu, qadcet modelləri üçün əlavənin yenilənməsindən imtina ilə bağlıdır. Siyahıya “iPhone 5”, “iPhone 5c”, “Samsung Galaxy Ace 2”, “Samsung Galaxy Core”, “Samsung Galaxy S2”, “Samsung Galaxy S3” mini, “Samsung Galaxy Trend II”, “Samsung Galaxy Trend Lite”, “Samsung Galaxy Xcover 2”, həmçinin “Huawei Ascend D”, “Huawei” daxildir.
Həmçinin 2023-cü ildən votsapa çıxışı itirəcək smartfon modelləri arasında bir neçə “LG Optimus” və “Sony Xperia” qadcetləri, “HTC Desire 500” və “Lenovo A820” var.