Xalq artisti Tünzalə Ağayeva sevgi anlayışı haqqında danışıb.
OLAY yazır ki, bu barədə sənətçi “Xəbər-ətər” verilişində qonaq olarkən söz açıb.
“Sevgi-məhəbbət qadını olmasaydım, bu sifətdə olardım? Olmazdım. Hamımız ayrılıq mərhələsini də yaşamışıq, sevgisiz də qalmışıq. Kimlərsə bu gün sevgi mövzusunda hələ də boşluq yaşayır. Özümüz dayananda, baxıb görəcəksiz ki, ətrafda hamı sizi gözləyir. Sizi istismar etmir, gözləyir. Hər zaman insanları gözləmə rejimində saxlayın”, - deyə, Ağayeva qeyd edib.