Aparıcı Şəhriyar Əbilov hazırda təhsil aldığı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından paylaşım edib.
OLAY yazır ki, 43 yaşlı Şəhriyar gənc tələbə yoldaşlarıyla bir-birlərinə Yeni il hədiyyələrini təqdim etdikləri görüntüləri izləyicilərlə bölüşüb.
“Bu qədər işin içində hər gün saat 8-də yuxudan durub özümü ADRA-ya çatdırıram. 2-ci kurs tələbəsiyəm və çox xoşbəxtəm ki, bu akademiyada oxuyuram. Bu gözəl insanlar isə tələbə yoldaşlarımdır. Mənə “Şəhriyar əmi” deyirlər. Bir ailə kimi xatirələri əzizdir mənə, var olun uşaqla, həyatda bol şanslar arzu edirəm”, - deyə, Əbilov qeyd edib.