Yenicə övladını qucağına alan müğənni Sevda Yahyayeva qızıyla ilk paylaşımını edib.
OLAY yazır ki, sənətçi fotonu instaqramda izləyicilərlə bölüşərək, bu fikirləri qeyd edib:
“Gözəl qadınlar, xanımlar, gəlinlər, kim gecə-gündüz ana olmaq üçün vuruşursa, inanın ki, buna dəyər. Ana olmaq gözəl bir hissdir. Xoşbəxt olduğun ən gözəl gündən belə milyon dəfə gözəldir. Ana olmağın arzusunda olan bütün qadınlarımız üçün amin deyirəm! Ayla 3 kq çəkidə, 52 sm boyda dünyamıza gəldi və onu gözəlləşdirdi. İnşallah ki, hər zaman da başımıza tac olar”.
Xatırladaq ki, Sevda həkim-genetik Zakir Bayramovla ailəlidir.