Fotosessiya
Fotosessiya

Ece korona peyvəndinə qarşı çıxdı

Ece korona peyvəndinə qarşı çıxdı

Ece Seçkin koronavirus peyvəndini tapan həkim Uğur Şahinin “Üç doza kifayət deyil” açıqlamasına sərt reaksiya verib.

OLAY yazır ki, sənətçi bununla bağlı tvitterdə paylaşım edib. Ece peyvənd olunduğu üçün peşmanlıq keçirdiyini bildirib:

“Bir daha bu yalanlara inanmarıq. Müalicəm bitdikdən sonra 2 doza korona peyvəndi ilə həyatımın necə qaraldığını danışacam. Ətrafımdakı insanlara peyvənd olunmaları ilə bağlı təzyiq göstərdiyim üçün özümü günahkar hiss edirəm. Peyvənd olunmadığına görə cahilliklə ittiham etdiyim hər kəsdən üzr istəyirəm”.