Məşhur cütlük İbrahim Çingiz və hamilə həyat yoldaşı Aydan Axundzadə yeni fotosessiya etdirib.
OLAY yazır ki, onlar şəkilləri instaqramda izləyicilərlə bölüşüb.
“Uzun müddətdir Aydanla şikayətlənirdik ki, bu gün-sabah övladımız dünyaya gələcək, bizim isə normal “göbəkli” şəklimiz yoxdur”, - deyə, aktyor qeyd edib.
Xatırladaq ki, cütlüyün qız övladı olacaq.