“Ürəyimdəki hönkürtü səsini batırmaq üçün gülmək istəyirəm… Nə qədər gülsəm də, gözlərimdə həyat yorğunluğum bilinir”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Məleykə Əsədova instaqram hesabında bildirib.
Sənətçi fikirlərinə belə davam edib:
“Çox şükür edirəm ki, Allahım mənə bu yükü illərdir zərif çiyinlərimdə təkbaşına daşıya bilmək üçün güc verib. Şükür edirəm ki, şöhrət mənim insanlığımı, əqidəmi dəyişmədi”.