Fotosessiya
Fotosessiya

Ancelina əvvəlki kimi parıldamır!

Ancelina əvvəlki kimi parıldamır!

Əvvəllər Hollivud aktrisası hər zaman maqazin dərgilərində parlayırdısa, indi paparatsiyalar Ancelina Colinin şəkilləri ilə fanatlarını nadir hallarda sevindirir.

OLAY yazır ki, ötən gün sənətçinin yeni fotoları paylaşılıb. O, 17 yaşlı qızı Zahara ilə Los-Ancelesdə gəzərkən görüntülənib.

Coli həmişəki kimi qara rəngə üstünlük verib, özünə uyğun şalvar və “Burberry” palto geyinib. Ulduzun qızı isə yeniyetmələrin standart idman üslubuna müraciət edib.

Bu görüntü isə Ancelinanın fanatlarını narahat edib. “Daily Mail”in xəbərinin şərh bölməsində mübahisələr yaranıb. “Hələ də onun dünyanın ən cazibədar və gözəl insanı olduğunu düşünürsən? Xeyr,”, - deyə, bir oxucu yazıb. “Həmişə dəfn mərasiminə hazır”, - deyə, başqa bir izləyici istehza ilə yazıb. “Əvvəlki gözəlliyi haradadır? Son vaxtlar qocalıb” sözlərini isə digər sosial media istifadəçisi yazıb.