Moskvada 27-ci Rusiya musiqi mükafatı “Qızıl qrammofon”un təqdimat mərasimi keçirilib.
OLAY yazır ki, populyar ifaçı Coni (Cahid Hüseynli) 4 illik yaradıcılıq fəaliyyətində ilk dəfə olaraq mükafatın laureatı olub və o, “Titrı” hitinə görə birinci qızıl qrammofonunu alıb.
Mükafatı qəbul edən müğənni bunun onun üçün çox dəyərli olduğunu bildirib və radioya verdiyi dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, mərasim 1996-cı ildən Rusiya Radiosu tərəfindən keçirilir. Mükafat Rusiya musiqi sənayesində əsas mükafatlardan biri hesab olunur, ona görə də ona maraq həm sənətçilər, həm də dinləyicilər arasında böyükdür.