Fotosessiya
Fotosessiya

Rus bloqerlərə cinayət işi açılır

Rus bloqerlərə cinayət işi açılır

Bloqerlər Andrey Petrov və İqor Sinyak LGBT təbliğatına görə yoxlanılacaq. 

OLAY yazır ki, bu barədə “Mash” Telegram kanalı “Vətən Müdafiəçiləri Ordusu”nun rəhbəri İvan Otrakovskinin Rusiya İstintaq Komitəsinə şikayətinə istinadən məlumat yayıb.

Otrakovski hesab edir ki, Sinyak və Petrovun sosial şəbəkələrdəki nəşrləri ənənəvi əxlaqi və ailə dəyərləri haqqında yanlış təsəvvür yaradır. O hesab edir ki, yazılar Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda imzaladığı LGBT təbliğatına dair qanunu pozaraq dərc olunur, çünki onları həm böyüklər, həm də uşaqlar oxuya bilər.

Bloqerlərə Rusiya ərazisinə girişin qadağan edilməsi təklif edilib və onlara cinayət işi açılması tələb olunub. 
Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşlarından rusların öz səhifələrinə girişini məhdudlaşdırmaq tələb olunub.

Qeyd edək ki, 5 dekabr 2022-ci ildə Vladimir Putin LGBT təbliğatını, həmçinin pedofiliya və cinsiyyətin dəyişdirilməsini tamamilə qadağan edən qanunlar paketini imzalayıb.