“Jula Aesthetic & Dermatology” Fransa ihtehsalı olan “Novacutan” brendinin Azərbaycanda rəsmi distribyutoru olub.
OLAY yazır ki, mərkəz ötən şənbə səhər yeməyi formatında təşkil olunmuş tədbir keçirib. Yığıncaqda “Novacutan” brendinin rəsmi nümayəndələri, ölkənin öndə gedən tanınmış həkim kosmetoloqları, blogerlər və influencerlər, eləcə də Azərbaycan mediası iştirak edib.
Tədbiri tanınmış teleaparıcı Nərgiz Cəlilova aparıb, Fransa ihtehsalı olan “Novacutan”in preparatları ilə bağlı əsas məqamları danışıb. Daha sonra söz markanın brend menecerinə Marina Tsvirenkoya verilib. O, brendin yaranma tarixindən söz açıb.
Bu anda isə bütün dünyanı uğurla fəth edən, biorevitalizasiya və kontur plastika ücün innovativ “Novacutan” preparatları artiq Azərbaycanda da rəsmi şəkildə təmsil olunuduğu vurğulanıb.
Sonra markanın sertifikatlı təlimçisi Artem Protsenko tədbirin rəsmi hissəsində dərman və onun imkanları haqqında ətraflı məlumat verib.
Daha sonra qeyri-rəsmi şəraitdə qonaqların bütün suallarını cavablandırıb.
Qeyd edək ki, Azərbaycanda “Novacutan” brendinin sertifikatlı təlimçiləri həkim-kosmetoloq, “Estet By Dr SA” klinikanin baş həkimi ,”Merc Aesthetic” təlimçisi, “AesthFill” preparatın təlimçisi Sevinc Abdullayeva və “Estet By Dr S2 klinikasının aparici həkimi, “Merc Aesthetic” təlimçisi, "Beauty İndustry" şirkətinin təlimçisi Sevil Quvalova tədbir iştirakçılarına təqdim olundular.
”Novacutan” brendi biorevitalizasiya üçün hialuron turşusu əsasında biomodulyator ”Novacutan BioPro” və kontur plastika ücün ”Novacutan” ağilli fillerlar (dolğu üçün) preparatları təqdim edir. Qeyd olunan preparatlar dərini cavanlaşdırır, onun təbii parlaqlığını, möhkəmliyini və elastikliyini bərpa edir, stressdən, ətraf mühitin çirklənməsindən qoruyur və yaşlanma prosesini əhəmiyyətli dərəcədə ləngidir, qırışları düzəldən və üzü modelləşdirən innovativ fransız preparatlarıdır.
Sözügedən kosmetoloji preparatlar, həmçinin, alının, burun-ağız ətrafları, dodaqların, yanaq sümüklərinin, çənə, boyun və əl dərisi qırışlarının aradan götürülməsi üçün, yaşnan əlaqəli olan azalan həcmlərin bərpasi üçün istifadə olunur.
”Novacutan” preparatlarını əsas üstünlükləri aşağıdakılardır:
• dəri altına asan yeridilir və bərabər paylanır,
• etibarlı şəkildə sabitlənir,
• dərman ödemə səbəb olmur,
• tətbiq edildikdən sonra heç bir iz saxlamır.
• ”Novacutan” kollagenin və elastinin təbii istehsalını aktiv şəkildə stimullaşdırır,
• dərinin hüceyrə səviyyəsində bərpaedici funksiyalarını bərpa edir,
• dərini xarici mühitə davamlı edir.
”Novacutan BioPro!” ayda 2-3 dəfə tədbiq olunur. Nəticə isə 9 -12 ay qalır. Həmin kursu bitirdikdən sonra siz aşağıdakı təsiredici effekti əldə edəcəksiniz:
• nəmlənmiş dəri,
• qırışsız hamar, möhkəm və elastik dəri,
• görünən liftinq effekti. Hətta, dəri tonu parlaq olur və bu səbəbdən prosedur "happy skin" adlanır.
Brend haqqında sizə lazım olan bütün məlumatları +994 50 252 10 07 nömrəsi ilə ”Jula Aesthetic & Dermatology”dən əldə edə bilərsiniz.