Fotosessiya
Fotosessiya

Mehmetdən saxta üzük iddialarına cavab

Mehmetdən saxta üzük iddialarına cavab

Pop ulduz Hadisenin keçmiş əri Mehmet Dinçerler ona aldığı üzüyün saxta olması xəbərinə münasibət bildirib.

OLAY yazır ki, bu barədə o, qonaq olduğu “Yıldızlı sohbetler” verilişində danışıb. Mehmet deyib ki, üzük qəti şəkildə saxta olmayıb:

“Belə bir şey ola bilər? Münasibəti tükəndirmək üçün edilən şeylər idi. Danışmaq da istəmədim, onsuz da nə desəm, əksi yazılırdı. Etibar sui-qəsdi var idi. Xoşbəxt bir münasibət var ikən üzüyün dəyərinin danışılması çox mənasız idi”.

İş adamı həmçinin bir ara gündəm olan tvitlərindən də söz açıb:

“Tvitləri görəndə utandım, üzücüdür. Onları 20-li yaşların əvvəlində, məsuliyyətsiz bir gəncin yazdığı mənasız paylaşımlardır. Görəndə sosial şəbəkə hesablarımı bağladım, çünki qarşıma çıxsın istəmədim, çox utandım. Üzərindən 10-15 il keçib”.