Real FM-in direktoru Kəmalə Onur Əməkdar artist Tahir İmanovun düzgün danışıqla bağlı videosuna münasibət bildirib.
OLAY yazır ki, aparıcı bununla bağlı feysbukda status paylaşıb. O, İmanova “Məhəllə” filmlərindəki Eliş və Roşka obrazını xatırladıb:
“Eşitdim ki, Tahir İmanov da “elə yox, belə” çəkib. Elişlə Roşkanı ələ salıb. Müəllim, axı adam öz məhsuluna gülməz”.
Qeyd edək ki, İmanov həmin videoda “Can”, “Çay”, “Çəmən” və sairə kimi sözləri həm yanlış, həm də doğru tələffüz edərək izləyicilərinə “Doğma dilimizdə düzgün danışaq” mesajını verib.
Onu da xatırladaq ki, K. Onurun sosial şəbəkələrdə həm də sözlərin düzgün yazılış və tələffüz qaydaları ilə bağlı videolarını paylaşdığı “Ele_yox_bele” adlı səhifəsi var.