Müğənni İlahə İbadova kemiş həyat yoldaşı, müğənni Mirsaleh Əliyev haqda açıqlama verib.
OLAY yazır ki, sənətçi bu barədə “Səhərin səsi” proqramında qonaq olarkən danışıb. İbadova deyib ki, eks-əri qızını 12 ildən çoxdur görmür:
“Qızımın 14 yaşı var. Atası ilə münasibəti yoxdur. Qızım zəng etsə də, telefonunu açmaz. Mənə elə gəlir ki, ata maraqlanmalıdır. Sonuncu dəfə atası qızını 2-3 yaşında görüb. 12 ilə yaxındır ki, qızını görmür, görmək də fikri yoxdur.
Buna səbəb indiki ailəsidir. Yəqin ki, xanımı icazə vermir. Özü də əhli-kef insan idi. Onun üçün uşaq maraqlı deyildi”.
Qeyd edək ki, cütlüyün evliliyindən Ayan adlı qız övladı var. İlahə ötən ilin noyabrında keçmiş yoldaşını alimentə görə məhkəməyə verdiyini açıqlamışdı.