Aktrisa Ancelina Coli aktyor Bred Pittdən ayrıldıqdan sonra 6 ildən sonra yenidən eşq yaşamaq istəyir.
OLAY yazır ki, bu barədə “Radar Online” məlumat yayıb. Bildirilib ki, aktrisa, bir qayda olaraq, romantik görüşlər üçün gündüzü seçir və yalnız ortaq dostları vasitəsilə tanıdığı kişilərlə ünsiyyət qurur.
Qeyd olunur ki, Ancelina Coli kişiləri gizli saxlama müqavilələri imzalamağa məcbur edir və xaricdə tanışlığa nəzarət etməyə üstünlük verir.