Fotosessiya
Fotosessiya

“İbtidai təhsil məcburi dövlət dilində olsun”

“İbtidai təhsil məcburi dövlət dilində olsun”

“Ölkədə ibtidai təhsil, ilk 3 sinif məcburi olaraq dövlət dilində olsa, necə olar?” 

OLAY yazır ki, müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. O, ibtidai təhsillə bağlı təklif irəli sürüb:

“Bütün uşaqlar təhsilə  Azərbaycan dilində başlasın, 3-cü sinifdən sonra, valideynlər (rus, ingilis, çin, ispan dillərində) sektor seçə bilər. Amma əlifbanı, ilk sözlərin yazılışını, şeirləri, hekayələri uşaqlar dövlət dilində mənimsəsin.

Şəxsi təcrübəmdən deyirəm, 6-ya qədər bir, 6cı sinifdən sonra başqa sektorlarda oxumuşam”.