Sem Asqari həyat yoldaşı Britni Spirslə bağlı sualları cavablandırıb.
OLAY yazır ki, o, sosial media hesabında müğənninin tez-tez instaqram hesabını bağlayıb-açmasını şərh edib:
“Sosial media travmatik ola bilər. Bəzən fasilə vermək yaxşıdır. Onun səsi var və azad qadındır. Mən onun şəxsi həyatına hörmət edirəm və onu hər zaman qoruyuram, dəstəkləyirəm. Bu, hər zaman belə olub. Fanatlardan da bunu istəyirəm. Onu qoruyan bütün pərəstişkarlarına təşəkkür edirəm. Ancaq bəzən həddindən artıq qoruyucu olmaq daha çox stresə və zərərə səbəb ola bilər”.
Sem həmçinin bildirib ki, Britninin icazəsi olmadan onunla bağlı heç bir paylaşım etmir:
Model və aktyor niyə tez-tez Britnisiz tədbirlərə qatıldığını da açıqlayıb. Qısa cavab ondan ibarətdir ki, müğənniyə belə mərasimlər maraqlı deyil:
“İşimlə əlaqədar bir çox tədbirlərdə iştirak etməliyəm. Britni də qoşulsa, mənim üçün şərəf olardı. Onun üçün bu şeylər əyləncəli deyil”.
Qeyd edək ki, cütlük uzun illərdir sevgili olsa da, bu il ailə qurublar.