Dünyaca məşhur müğənni Selin Dion ciddi nevroloji xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb.
OLAY yazır ki, 54 yaşlı Dionun sözlərinə görə, vəziyyəti ağır olduğundan 2023-cü ilin yazında olacaq konsertlərini müvəqqəti dayandırmalı olacaq.
Ona nadir nevroloji xəstəlik - əzələ sərtliyi sindromu diaqnozu qoyulub. Ulduzun məlumatına əsasən, bu xəstəlik milyonda bir insana təsir edir.
Xəstəlik əzələ spazmlarına səbəb olur ki, bu da onun hərəkət etməsi və oxumasına mane olur. Dion yaz konsertlərini 2024-cü ilə dəyişdirib və 2023-cü ildə səkkiz yay konsertini ləğv edib.