Türk aktyor Emre Kıvılcım və özbək aktrisa Yulduz Rajabova evlilik qərarı alıb.
OLAY yazır ki, onlar 2020-ci ildə Türkiyə və Özbəkistanın bir yerdə çəkdiyi “Bozkır Arslanı Cəlaləddin” serialında tərəf müqabili olublar. Onların layihədəki sevgisi gerçəyə çevrilib və evliliklə nəticələnir.
Cütlük birgə çəkilmiş şəkillərini üzük və ürək simvolları ilə paylaşıb.