Fotosessiya
Fotosessiya

Dünyaca məşhur cütlük ayrıldı

Dünyaca məşhur cütlük ayrıldı

Uzun müddətdir sevgili olan məşhur ifaçılar Kamila Kabelo və Şoun Mendes ayrılıb.

OLAY yazır ki, bu barədə cütlük sosial media hesablarında məlumat verib.

“Romantik münasibətimizi bitirməyə qərar verdik. Amma insan olaraq bir-birimizə olan sevgimiz hər zamankından daha güclüdür. Münasibətimizə ən yaxşı dost kimi başladıq və belə də davam edəcəyik. Əvvəldən bəri bizi dəstəkləyən hər kəsə minnətdarıq", - deyə bildirilib. 

Qeyd edək ki, cütlük 2019-cu ildən sevgi münasibəti yaşayırdı.