Fotosessiya
Fotosessiya

“Balaca dünyamızda çox xoşbəxtik”

“Balaca dünyamızda çox xoşbəxtik”

Kaan Yıldırım sevgilisi Pınar Denizlə ayrılması barədə yayılan xəbərləri təkzib edib.

OLAY yazır ki, aktyor bu haqda instaqramda məlumat paylaşıb.

Pınarla fotosunu izləyicilərlə bölüşən Kaan iddiaların əsassız olduğunu qeyd edib:

“Təxmini üç ildir haqqımda o qədər doğru olmayan xəbərlər yazıldı ki, bəzən özümə yadlaşdığımı hiss etdim. Hər zaman susmağı seçdim, zamana buraxdım. Amma bu dəfə susmayacam. Özünüzdən ayrılıq xəbəri hazırlayıb, münasibətimizi etibarsızlaşdırmağınıza icazə verməyəcəm. Biz bizə aid balaca dünyamızda çox xoşbəxtik. Xahiş edirəm, bizi rahat buraxın”.

P. Deniz isə sevgilisinin paylaşımına “Səni çox sevirəm” şərhini əlavə edib.

Xatırladaq ki, “İkinci sayfa” verilişi cütlüyün Kaanın qısqanclığı və kobud davranışları səbəbindən ayıldığını iddia etmişdi.