Fotosessiya
Fotosessiya

Aras 2023-də dincəlmək istəyir

Aras 2023-də dincəlmək istəyir

Mustafa Kamal Atatürkün həyatından bəhs edən serialda rol alan Aras Bulut İynemli karyerasına fasilə vermək qərarına gəlib. 

OLAY yazır ki, Arasın gələn il hansısa bir layihədə yer almaq istəmədiyi bildirilib. 

Buna səbəb kimi isə onun “Disney +”da yayımlanacaq olan “Atatürk” serialına həddindən artıq ciddi hazırlaşması, psixoloqlardan dəstək alması və çətin iş rejimi olub.