Fotosessiya
Fotosessiya

“Altın Kelebek”də boş qalan yerlər!

“Altın Kelebek”də boş qalan yerlər!

Bu il 48-ci dəfə təşkil olunan Türkiyənin “Altın Kelebek” mükafat mərasiminə maraq azalıb.  

OLAY yazır ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.  Qeyd olunub ki, gecədə çox az sayda ulduzlar iştirak edib və zalda boş yerlər diqqət çəkib. 

Əksər məşhur simalar dəvət olunsa da, populyar simalar tədbirdə iştirak etməyib.  Həmçinin, ulduzlara mükafatı təqdim edəcək xüsusi qonaqlar da yer almayıb.  

Misal çəkilib ki, onlar gəlmədiyi üçün müğənni Bengü və ustad aktrisa Nevra Serezli ikidən artıq nominasiya üzrə qaliblərin adlarını açıqlayıb.