Müğənni Gülşen həbs prosesindən sonra ilk paylaşımını edib.
OLAY yazır ki, sənətçi “Spotify”dakı dinlənmə sayını paylaşıb.
“Mahnılarım mənim qollarımdı. Harada olsaq da, bir-birimizi qucaqlayarıq. Sizi sevirəm”, - deyə, ifaçı bildirib.
Qeyd edək ki, Gülşen İmam Hatib liseyi ilə bağlı sözlərinə görə həbs olunmuş, daha sonra ev dustaqlığına buraxılmışdı. Üzərindəki bütün qadağalar aradan qaldırılan sənətçi hazırda Barselonada oğlunun yanındadır.