Rusiyanın məşhur müğənnisi Yeqor Krid ata olmaq istəyir.
OLAY yazır ki, bu barədə sənətçi “Peopletalk”ə müsahibəsində danışıb. Yeqor hər zaman valideyn roluna hazır olduğunu etiraf edib, lakin o, əmin olacağı bir xanım tapa bilməyib:
“Mənə elə gəlir ki, hər an buna hazır idim, əmin olacağın ana tapmaq çətindir. Bir çox cütlüklər duyğulara, ilk sevgiyə, hisslərə görə uşaq dünyaya gətirir, amma vaxt keçir və düşünürlər: “Mən bu insanla necə bir yerdə ola bilərdim?” Onların artıq bir uşaqları var və bu, böyük bir problemə çevrilir”.
Qeyd edək ki, Krid müxtəlif illərdə model Diana Melison, müğənni Nyuşa, Kseniya Dehli, azərbaycanlı bloqqer Əminə Mirzəyeva ilə sevgili olub.