Fotosessiya
Fotosessiya

Rihannanın alt paltarı brendi 1,4 milyon dollar cərimələnib

Rihannanın alt paltarı brendi 1,4 milyon dollar cərimələnib

Rihannanın alt paltarı brendi “Savage x Fenty”nin adı qalmaqalda hallanır.

OLAY yazır ki, markanın VIP müştəriləri məhkəməyə müraciət ediblər. Buna SxF-in onları aldatması rəvac verib.

Bildirilir ki, VIP müştərilərinə kartlar verən şirkət onlardan adi üzvlük haqqının tutulacağı, üstəlik, tutulmaların avtomatik baş verəcəyi barədə məlumat verməyib. Qanuna görə, bu cür məlumatlar əvvəlcədən verilməlidir. Brend səhvini etiraf edib və digər müştərilərə bu barədə məlumat vermək üçün saytında dəyişikliklərə imza atıb. Əlavə olaraq, Kaliforniyadakı müştərilərinə 1,2 milyon dollar inzibati cərimə, 50 min dollar hüquqi ödəniş və 150 ​​min dollar təzminat ödəməyə razı olub.