Tuba Büyüküstünün “Kara para aşk” serialındakı tərəf müqabili Engin Akyüreklə eşq yaşadığı iddia edilib.
OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda məlumat paylaşaraq, yayılan xəbəri təkzib edib.
“Eşq yaşayan Enginlə mən deyiləm, qarışdırmayın, Eliflə Ömerdir. Bəli, çox gözəl bir sevgi idi. Təsadüfi deyil ki, dünyanın bir çox yerlərində insanlar hələ də bu eşqin təsiri altındadır. Müzakirəniz bitdisə, artıq sakitləşə bilərik”, - deyə, aktrisa qeyd edib.
Xatırladaq ki, sözügedən ekran işi 2014-2015-ci illər arası yayımlanıb. Onlar layihədə Elif və Ömer adlı iki sevgilini canlandırırdı.