Rusiyanın məşhur model və bloqeri Anastasiya Reşetova məktəb illərində sinif yoldaşlarının psixoloji təcavüzünün qurbanı olduğunu bildirib.
OLAY yazır ki, onun sözlərini “The Voice” sitat gətirib.
“Bulling... Mən uşaqlıqdan bəri bununla mübarizə aparmışam. Məktəbdəki xarici əlamətlər, davranışlar, hətta yaxşı akademik performans zorakılığa səbəb ola bilər”,- deyə Anastasiya qeyd edib.
Reşetovanın sözlərinə görə, o, indi də təqiblərlə üzləşir: “Mən hələ də kiber zorakılıqla qarşılaşıram, yalnız geniş miqyasda – hər gün yüzlərlə və minlərlə insandan... Ancaq daha mənə təsir etmir”.