Fotosessiya
Fotosessiya

Aybənizin səhhətində problem yarandı

Aybənizin səhhətində problem yarandı

Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb. 

OLAY yazır ki, bu barədə sənətçi özü instaqramda məlumat yayıb. İfaçı bildirib ki, çox halsızdır və ayaqlarında şişkinlik var:

“Elə yorğunam, elə halsızam ki, evə gəlib bir stəkan çay içməyə halım qalmayıb, o qədər yorğunam. Hətta, ayaqlarım da şişib. Amma əvəzində bir təsəllim var, istedadlı tələbələrimin səslərində yeni ifalar lentə aldım. Musiqilərin digərlərinin aranjımanı sabaha qaldı. Bugünkü kimi yenə gecə 12-də evə gələcəm. Bu, artıq həyat tərzimə çevrilib”, - deyə, Haşımova bildirib.