Məşhur aktrisa Pelin Karahan estetiklə bağlı açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi müsahibəsində indiyə qədər heç bir plastik əməliyyat etdirmədiyini qeyd edib.
“Xırda toxunuşlarla fərqli qadın olmaq istəmirəm. Məndə bir az alnım qırışmasın deyə, botokslarım var. Çox estetik əməliyyat etdirən xanımlara baxın, uşaqları özlərinə bənzəmir. Baxırsız, övladı bambaşqadır. Bu uşaq kimin uşağıdır?”, - deyə, aktrisa bildirib.