Fotosessiya
Fotosessiya

Türkan boyunbağısına görə tənqid olundu

Türkan boyunbağısına görə tənqid olundu

Müğənni Türkan Vəlizadə İsraildə keçirilən məclislərin birində səhnə alıb.

OLAY yazır ki, ifaçı geyim tərzi ilə diqqət çəkib. Transparan libas geyinən Türkan bədəninin açıq hissələrini şalla örtməyə çalışıb.

Sənətçinin paltarının üstündən taxdığı “T” hərfini əks etdirən boyunbağı da müzakirəyə səbəb olub. İzləyicilər Türkanın xaç taxdığını zənn ediblər. Buna görə müğənni tənqid olunub. Vəlizadə “Xaç deyil, “T” hərfidir”, - deyə, şərhlərdə açıqlama verib.