Noyabrın 22-də satışa çıxarılan “Vogue Italia” jurnalının dekabr sayında dünyaca məşhur italyan rok qrupu “Måneskin” yer alıb.
OLAY yazır ki, bu barədə nəşrin rəsmi saytında məlumat verilib. Musiqiçilər “Gucci” moda evinin kreativ direktoru Alessandro Mişele müsahibə verib, dərginin üz qabığında brendin məhsullarında poza veriblər.
“Biz artıq bir neçə ildir ki, daimi hərəkətdəyik və bu, çılğınlıqdır, həm də təhlükədir. Çünki vaxtın olmaması bədii tərəfə xələl gətirmək riski daşıyır. Ola bilər ki, beş günə mahnı yazırıq və bu, həqiqətən də mənasızdır. Biz dünyada hər zaman musiqimiz üçün istifadə etməliyik”,- deyə Maneskin bildirib.