“Liatris Holding”in rəhbəri Ruhi Əliyeva Müdafiə Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub.
OLAY yazır ki, bu barədə iş xanımı instaqramda məlumat yayıb. R. Əliyevanın mükafatı nazirliyin Şəxsi Heyət Baş İdarəsi Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova tərəfindən təqdim edilib.
““Vətənin başlanğıcı da, nəhayəti də əsgər ürəyidi”. Adətən belə deyirlər. Amma mənə görə Vətənin əsgəri olmaq yalnız hərbçi geyimi geyinib, hərbçi rütbəsi almaq deyil. Könlündə Vətən sevgisi yaşadan hər kəs onun sabahı, istiqbalı üçün can atan müsəlləh əsgərdir. Bu mənada mən hər zaman özümü Azərbaycanın, Vətənimin əsgəri sanmışam.
Onun xidmətində durmaq, adı “Vətən” kəlməsi ilə yanaşı çəkilən “şəhid”, “qazi” sözləri qarşısında ehtiram göstərməyi hər zaman özümə borc bilmişəm. Zəhmətimi yüksək dəyərləndirən Müdafiə naziri, general- polkovnik Zakir Həsənova, eləcə də, nazirliyin Şəxsi Heyət Baş İdarəsi Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd xanım Səmədovaya dərin təşəkkürümü bildirirəm”, - deyə, iş xanımı bildirib.