Türkiyənin məşhur prodüseri Armağan Çağlayanın səhhətində problem yaranıb.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat paylaşıb.
Armağan ağciyərində xərçəng aşkarlandığını qeyd edib:
“Bu gün sizinlə şəxsi bir məsələni bölüşmək istəyirəm. Yaxın günlərdə həkim müayinəsindən keçərkən ağciyərimdə problem aşkarlandı və xərçəng olduğu məlum oldu. Gələn həftənin sonundan müalicəyə başlayacam. Dedi-qoduların və yalan xəbərlərin qarşısını almaq üçün tez-tez buradan proses haqda məlumat paylaşacam. Sizə sevgi və can sağlığı arzu edirəm”.
Prodüser bu səbəbdən bir çox layihələrini ləğv etdiyini də əlavə edib.