“Ya Allahım, şükür bu gözəl hədiyyə üçün...”.
OLAY yazır ki, bu sözləri ötən günlərdə oğul atası olan müğənni Elnur Məmmədov sosial media hesabında yazıb.
Sənətçi onu təbrik edənlərə bu sözlərlə cavab verib:
“Allahın ən gözəl hədiyyəsi, əzizlərim, çox sağ olun, sonsuz təşəkkürümü bildirirəm. Ayın -dən bu günə kimi hər kəs təbrik edir, Allah hamınızdan razı olsun, bütün arzusunda olanlara nəsib etsin”.
Qeyd edək ki, E.Məmmədov 2011-ci ildə dayısı qızı ilə ailə qurub. O, 10 il sonra ata olmaq arzusuna çatıb.