WOW
WOW

100 lirəni tualetə atan Mika saxlanıldı

100 lirəni tualetə atan Mika saxlanıldı

Sosial şəbəkələrdə Mika Can Raun kimi tanınan Mikail Can Kurnaz saxlanılıb.

OLAY yazır ki, buna səbəb onun paylaşdığı videoda 100 türk lirəsini tualetə atması olub.

Bundan sonra məşhur TikToker polis bölməsinə aparılıb.

Qeyd edək ki, 100 lirəlik əskinasın üzərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün rəsmi var.