Fotosessiya
Fotosessiya

Nəcibə də “Altın Kelebey”ə gedir

Nəcibə də “Altın Kelebey”ə gedir

İnfluenser Nəcibə Əhmədi (Nadjiba) yenidən Türkiyənin məşhur “Altın Kelebek” mükafatlandırma gecəsində iştirak edəcək.

OLAY yazır ki, bu barədə bloger instaqramda məlumat paylaşıb.

Nəcibə bildirib ki, mükafatlandırmaya azərbaycanlı influenserlərdən yalnız onu dəvət ediblər.

“Çox həyəcanlıyam. İnfluenser kimi yalnız məni seçmələri ayrıca həyəcan verir”, - deyə, Əhmədi bildirib.

O, həmçinin, dekabrın 1-i Bakıda keçiriləcək “Altın Kelebek”lə bağlı tədbirə də qatılacaq.

Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 4-ü İstanbulda baş tutacaq.