Fotosessiya
Fotosessiya

“McDonald's” bu ölkədə də bağlandı

“McDonald's” bu ölkədə də bağlandı

Noyabrın 22-dən Belarusda “McDonald's” fəst-fud şəbəkəsi restoranları “Vkusno — i Tochka” brendi altında fəaliyyətə başlayacaq. 

OLAY yazır ki, bu barədə respublikada şəbəkəyə xidmət göstərən KSB Victory Restaurants şirkətinin mətbuat xidməti məlumat yayıb.

“21 noyabr “McDonald's” restoranlarımızın son günüdür. Bu gün qapılarımız saat 18:00-a qədər ziyarətçilərin üzünə açıq olacaq. Lakin artıq noyabrın 22-də sizi şəbəkəmizin bütün restoranlarında artıq yeni brend altında – “Dadlı - vəssalam”” ilə yenidən görməyə şad olarıq”, - yazıda deyilir.